Əli Əsədov Bişkekdə Sadır Japarovla görüşüb

Xəbərlər

18.09.2025 - 16:48

Baş nazir Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlıq əlaqələrinin gündəliyində duran aktual məsələlərə toxunub

Sentyabrın 18-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Bişkek şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş nazirlərinin/Vitse-prezidentinin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşündə iştirak edib. AYNA.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Qırğızıstan Prezidenti Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş nazirlərinin/Vitse-prezidentinin ilk görüşünün iştirakçılarını salamlayıb.

Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Qırğız Respublikasının Prezidenti Sadır Japarova çatdırıb.

Baş nazir həmçinin Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlıq əlaqələrinin gündəliyində duran aktual məsələlərə toxunub.

Əli Əsədov Bişkekdə Sadır Japarovla görüşüb
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş