AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının rəhbəri Tiqran Mukuçyan açıqlama yayıb.
Onun rəqibi, sabiq prezident Robert Köçəryanın bloku isə 135 səs toplayıb.
“500 nəfər səs verib. 45 bülleten etibarsız sayılıb. “Mülki razılaşma” partiyası 163 səs qazanıb, “Ermənistan” bloku – 135 səs. Komissiya üzvlərindən xahiş edirəm ki, etirazları yoxdursa, elektron səsvermənin nəticələrinə əsasən protokolu imzalasınlar”, - deyə Mukuçyan bildirib.