"Əkinçi"nin sehirli toxumu

Cəmiyyət

22.07.2022 - 00:05

Həkimlər Klinikalar SEO Xidməti

O, indi köməyə gələcək əkinçilərin yolunu gözləyir

Bir zamanlar Şərqin gözəl diyarında məskən salan bir əkinçi vardı. Adi həyat sürən əkinçi bir gün söz adlı sehirli toxum tapır. O, sehirli toxumu əkib-becərir. Bir müddət həmin sehirli toxumun bəhrəsini də görə bilir.

Amma vaxt keçir, illər ötüşür daha söz "Əkinçi"sinin toxumları yetişib ünvanına çata bilmir. Hər gün onun sahəsinin yanından keçən hərə bir daş atır:

Birinci gün atını itirən faytonçu sahəyə daş atır.

Əkinçi:

– Bura niyə daş atırsan, ay faytonçu?

Faytonçu:

– Atımı itirmişdim, daş atdım ki, bəlkə, burda taparam, səsimi eşidər gələr.

İkinci gün sahəyə quzusunu itirən çoban daş atır. Çoban:

– Quzumu itirmişdim, daş atdım ki, bəlkə, burda taparam, səsimi eşidər gələr.

Üçüncü gün toplanı itirən bağban daş atır. Onun da cavabı əvvəlkilərlə eyni olur. Nəhayət, sahəyə beşinci gün bu yerlərin sakini olmayan kəndirbaz daş atır. Əkinçinin sualına kəndirbazın verdiyi cavab belə olur:

– Mən hər gün bu yoldan keçirəm. Gördüm ki, bütün sakinlər sənin sahənə daş atırlar. Yəqin elədim ki, bu işdə nəsə bir hikmət var. Ona görə mən də “qonşudan qalma geri” deyib daş atdım, bəlkə, bura atılan daşla mənim bəxtim də gülər.

Bu minvalla "Əkinçi" nin sahəsi çınqılllarla, daşlarla dolub daşır. Lazımsız daşlarla dolmuş sahədə tək qalan əkinçi böyük ümidlərlə ona köməyə gələcək əkinçilərin yolunu gözləyir. Söz toxumunun yenidən yetişib ünvanına çatacağı günü gözləyir...

Günel Natiqqızı,

AYNA üçün

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş