ƏHD Partiyasının seçkilərdə 11 namizədlə iştirak edəcək

Xəbərlər

05.08.2024 - 16:19

cedabet dərman SEO Xidməti

Təşkilatın deputatlığa 11 namizədi qeydə alınıb

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyevin, partiya sədrinin müavinləri Elçin Mirzəbəyli, Niyaməddin Orduxanlı və Əli Həziquliyevin, Nəzarət Təftiş Komissiyasının (NTK) sədri Mahir Zeynalovun, partiyanın idarə heyətinin üzvləri Faiq İsmayılov, Əli İbrahimov, Azər Qasımov, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Akif Bayramov, Xaçmaz rayon təşkilatını sədri Zöhrab Məmmədovun, partiyanın gənclərlə iş şöbəsinin müdiri Günel Məmmədovanın deputatlığa namizədliyi qeydə alınıb.

AYNA xəbər verir ki, bu barədə partiyanın baş katibi Yaşar Kələntərli bildirib.

Kələntərli partiyadan 11 nəfərin namizədliyinin qeydə alındığını diqqətə çatdırıb: “Partiya 11 namizədlə parlament seçkilərində iştirak edəcək”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş