Əhaliyə hava xəbərdarlığı

Xəbərlər

05.02.2020 - 14:21

Həkimlər Klinikalar SEO Xidməti

 Bəzi yerlərdə 23 dərəcəyədək isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  8-13 dərəcə isti olacaq

 

Fevralın 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, cənub-qərb  küləyinin  arabir güclənəcəyi gözlənilir.

 

AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz  15-19, Bakıda  gecə 5-7, gündüz  17-19 dərəcə isti olacaq.

 

Atmosfer  təzyiqi  758 mm civə sütunundan 753 mm civə sütununa  enəcək, nisbi rütubət  gecə 65-75, gündüz 40-50 faiz olacaq.   

 

Azərbaycanın rayonlarında isə havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  

 

Havanın temperaturu  gecə 3-8, gündüz 15-20 dərəcə, bəzi yerlərdə 23 dərəcəyədək isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  8-13 dərəcə isti  olacaq.  

 

Tibbi-meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda güclü gilavar küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün, əsasən, əlverişsizdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş