Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ

Xəbərlər

09.04.2024 - 17:22

Külək güclənəcək, yağış yağacaq

Bakıda və Abşeron yarımadasında aprelin 11-dən 12-si səhərədək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. AYNA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, Azərbaycanın rayonlarında aprelin 10-dan 11-i günün ikinci yarısınadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qarabağ, Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Naxçıvan MR, Qazax-Gəncə, Lənkəran-Astara) intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi 11-də arabir 15-20 m/s-dək güclənəcək.

Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artımı gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş