Əfqan qaçqınlar 300 nəfərlik qrupdan ibarət olub
İranın Sistan və Bəlucistan əyalətinin Əfqanıstanla sərhəddəki Səravan şəhərində sərhədçilər ölkəyə daxil olmağa çalışan əfqanları güllələyiblər.
AYNA-nın xəbərinə görə, “Azad İran” “Telegram” kanalı yazıb ki, qorxunc hadisə bir neçə gün əvvəl baş verib.
Məlumata görə, əfqan qaçqınlar 300 nəfərlik qrupdan ibarət olub. Onların pusquya salındığı bildirilib.
Bildirilir ki, İran sərhədçiləri tərəfindən əfqanların atəşə tutulması nəticəsində 260 nəfər qətlə yetirilib.