Əfqanıstandan Tacikistana yeddi raket atılıb

Dünya

08.05.2022 - 20:49

Həkimlər Klinikalar SEO Xidməti

Raketlərin dördü Pənc çayına, üçü isə zastavanın yaxınlığındakı meşə zolağına düşüb

Əfqanıstanın Taxor əyalətinin Xocaqor ərazisindən Tacikistanın Farxor rayonundakı Pənc sərhəd zastavası istiqamətinə yeddi raket atılıb.

AYNA xarici mediaya istinadən xəbər verir ki, Tacikistan Təhlükəsizlik Komitəsinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, raketlər “Taliban” və İŞİD qruplaşması tərəfindən atılıb. Raketlərin dördü Pənc çayına, üçü isə zastavanın yaxınlığındakı meşə zolağına düşüb.

Bildirilir ki, Tacikistan sərhədçiləri tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Tacikistan-Əfqanıstan sərhədində vəziyyət sabitdir.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş