Əfqanıstanda universitetlərdə dərslər bərpa olunur

Dünya

31.01.2022 - 09:29

Həkimlər Klinikalar SEO Xidməti

Qızların dərs almasına icazə verilib-verilməyəcəyi məlum deyil

Əfqanıstanda universitetlərdə dərslər bərpa olunur. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə “Taliban” hökumətinin ali təhsil naziri Əbdül Baki Həqqani bildirib.

Haqqani deyib ki, isti iqlimi olan əyalətlərdə 2 fevral 2022-ci il tarixindən tələbələrin dərsə qayıtmasına icazə verilir: “Soyuq iqlim olan bölgələrdə isə fevralın 26-da tədris prosesi bərpa olunacaq. Yeni semestrdən əvvəl hər bir universitetdə imtahanlar keçiriləcək”.

Haqqani qızların dərs almasına icazə verilib-verilməyəcəyinə aydınlıq gətirməkdən imtina edib.

Qeyd edək ki, ötən ilin avqust ayında Əfqanıstanda hakimiyyəti “Taliban” hərəkatı ələ keçirdikdən sonra ölkədə universitetlərdə dərslər dayandırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş