Əfqanıstanda növbəti terror: Parylayışda 7 nəfər həlak olub

Dünya

18.05.2020 - 15:04

cedabet Klinikalar SEO Xidməti

Hücumun Taliban döyüşçüləri tərəfindən həyata keçirildiyi ehtimal edilir

 

Əfqanıstanda növbəti dəfə terror aktı törədilib. AYNA xarici mediaya istinadən xəbər verir ki, Qəzni əyalətində yerləşən hərbi hissənin yaxınlığında minalanmış avtomobilin partladılması və silahlıların hücumu nəticəsində azı 7 nəfər həlak olub, 25 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Silahlı insident bu gün səhər saatlarında baş verib. Bundan əvvəl hərbi düşərgədə kəşfiyyat bölməsinin əsgərləri dislokasiya olunmuşdu. Hücumun Taliban terror qruplaşmasının döyüşçüləri tərəfindən həyata keçirildiyi ehtimal edilir. Hələlik qruplaşma terror aktını öz üzərinə götürməyib. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş