Əfqanıstanda daşqınlar: 17 nəfər ölüb

Dünya

30.03.2026 - 10:09

Təbii fəlakət ölkənin 34 əyalətindən 13-nə təsir göstərib

Əfqanıstanda baş verən daşqınlar insan tələfatına səbəb olub. AYNA.AZ xəbər verir ki, bu barədə “The Associated Press” məlumat yayıb.

Ölkənin Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsindən bildirilib ki, daşqın və torpaq sürüşmələri nəticəsində azı 17 nəfər ölüb, 26 nəfər yaralanıb.

Axtarış-xilasetmə əməliyyatları davam edir və ölənlərin sayının arta biləcəyi istisna olunmur.

Bildirilib ki, təbii fəlakət ölkənin 34 əyalətindən 13-nə təsir göstərib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş