Əfqanıstan humanitar fəlakətin astanasındadır

Dünya

13.08.2021 - 18:49

Həkimlər Klinikalar SEO Xidməti

“Hər üç əfqandan biri sabah nə yeyəcəyini bilmir”

 

BMT-nin bu gün keçirilən brifinqində Əfqanıstandakı humanitar vəziyyət müzakirə olunub. AYNA xarici mediaya istinadən bildirir ki, Dünya Ərzaq Proqramının (DƏP) sözçüsü Tomson Piri Əfqanıstandakı vəziyyəti humanitar fəlakət adlandırıb.

 

“Qorxuruq ki, ən pis hal qarşıdadır və ən böyük aclıq dalğası sürətlə yaxınlaşa bilər. Vəziyyətin pisləşdiyi və getdikcə gözlənilməz hala gəldiyi heç kimə sirr deyil. Vəziyyət humanitar fəlakətin bütün əlamətlərinə malikdir”, - Piri söyləyib.

 

DƏP sözçüsü vurğulayıb ki, 2021 -ci ilin avqust ayından etibarən hər üç əfqandan biri sabah nə yeyəcəyini bilmir: “Təxminən iki milyon uşağın əlavə kaloriyə ehtiyacı var. 2021-ci ilin dekabrına qədər doqquz milyon insanın köməyə ehtiyacı ola bilər. Bu səbəbdən donorlardan təşkilata ayrılan maliyyəni 200 milyon dollar artırmağı xahiş edirəm”.

 

Qeyd edək ki, Əfqanıstanda vətəndaş müharibəsi 1979 -cu ildən davam edir. Əyalət ən kasıb ölkələr siyahısına daxil edilib. Əfqanıstanın büdcəsi əsasən üçüncü ölkələrin maliyyə inyeksiyalarından asılıdır. ABŞ qoşunlarının may ayından etibarən geri çəkildiyi elan edildikdən sonra “Taliban” hərəkatı Əfqanıstan Ordusunun mövqelərinə hücuma başladı. Əfqanıstan hökumətinin mövqeyi hər keçən gün daha da kritikləşir. Son bir həftə ərzində “Taliban” 16 əyalətin paytaxtını ələ keçirə bilib. 12 avqustda iki böyük şəhər Qəndəhar və Herat “Taliban”ın nəzarətinə keçib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş