Efiopiyanın Baş naziri Azərbaycana səfər edib

Xəbərlər

26.02.2026 - 18:46

Abiy Əhməd Əlini rəsmi şəxslər qarşılayıblar

Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli fevralın 26-da Azərbaycan Respublikasına rəsmi səfər edib.

AYNA.AZ xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Efiopiyanın Baş naziri Abiy Əhməd Əlini Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.

Efiopiyanın Baş naziri Azərbaycana səfər edib
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş