Bölmələrimiz Bərdə və Tərtər şəhərlərində dinc əhalini atəşə tutan erməni mövqelərini aşkarlayıb
Bərdə və Tərtər şəhərlərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus növbəti iki ədəd “Smerç” yaylım atəşli reaktiv sistemlərinin tutduğu mövqelər bölmələrimiz tərəfindən aşkar edilib. AYNA xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, oktyabrın 30-u, saat 12:55 və saat 14:18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin iki ədəd “Smerç” yaylım atəşli reaktiv sistemləri məhv edilib.