Düşmənin daha dörd PUA-sı zərərsizləşdirildi - <font color=red> RƏSMİ</font>

Xəbərlər

23.10.2020 - 11:51

2 PUA məhv edilib, 2-si isə xüsusi texniki vasitələrlə yerə endirilib

 

Oktyabrın 23-ü saat 03.00-dan 09.00-dək Ermənistan silahlı qüvvələrinə məxsus iki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq, məhv edilib.

 

AYNA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, digər iki PUA isə xüsusi texniki vasitələrlə yerə endirilib.

Müəllif: Ayna.az