Düşməndən sərhəddə yeni təxribat: İki erməni hərbçi yaralanıb - <font color=red> RƏSMİ</font>

Xəbərlər

21.07.2020 - 15:53

cedabet dərman SEO Xidməti

Vaqif Dərgahlı: “Düşmənin ön xətdə fəallığının qarşısı bölmələrimiz tərəfindən alınır”

 

“Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət stabil  gərgin olaraq qalır. Cəbhənin müxtəlif istiqamətlərində düşmən tərəfindən atıcı silahlardan istifadə olunmaqla atəşkəs rejimi pozulur”. AYNA xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

 

O, qeyd edib ki, düşmənin ön xətdə fəallığının qarşısı bölmələrimiz tərəfindən alınır: “Görülən qabaqlayıcı tədbirlər nəticəsində Ermənistan ordusunun iki hərbi qulluqçusu ağır yaralanıb”.

 

Qeyd edilib ki, bu gün gecə saatlarından başlayaraq Ağdam və Tovuz istiqamətlərində düşmənin 2 PUA-sı da məhv edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş