Düşmən Zəngilan istiqamətində hücuma cəhd göstərib

Xəbərlər

02.11.2020 - 11:18

cedabet dərman SEO Xidməti

Ermənilərin canlı qüvvəsi məhv edilib

 

Noyabrın 1-də gün ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstərib. AYNA xəbər verir ki, bu barədə azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, düşmən bu istiqamətdə bir sıra əlverişli yüksəklikləri ələ keçirmək məqsədilə minaatanlardan və müxtəlif iri çaplı silahlardan istifadə etməklə bölmələrimizin mövqelərini atəşə tutub.

 

Düşmənin hücuma keçmək niyyəti bölmələrimiz tərəfindən vaxtında aşkar edilib və həyata keçirilən uğurlu əməliyyat nəticəsində qarşı tərəf ciddi itkilərə məruz qalıb.

 

Döyüş nəticəsində canlı qüvvə sarıdan 30-dək itki verən düşmən, Ermənistan ərazisinə çəkilməyə məcbur edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş