Düşmən cavab atəşi ilə susdurulub

Xəbərlər

26.06.2020 - 10:37

cedabet dərman SEO Xidməti

Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır

 

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı silahlardan və snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 32 dəfə pozub. Müdafiə Nazirliyindən AYNA-ya verilən xəbərə görə, Ermənistan Respublikasının Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

 

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Acarlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb. Düşmən cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş