Salvador prezidenti Nayib Bukele seçkilərdə 85 faizlə qalib gəlib
Kütləvi qruplara qarşı mübarizəsinə görə medianın “dünyanın ən sərt diktatoru” adlandırdığı El Salvador Prezidenti Nayib Bukele seçkilərdə qalib gəlib. AYNA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bukele özü 85 faiz səs topladığını bəyan edib.
Rəsmi səslərin sayılması hələ də davam edir, lakin “exit-poll” Bukelenin böyük qələbə qazandığını açıqlayıb.
Onun “Yeni Fikir” Partiyası seçkilərin nəticələrinə görə, Parlamentdəki 60 yerdən 58-ni qazanıb.
Qeyd edək ki, Bukele 2019-cu ildə El Salvador Prezidenti postuna gəlib. O hakimiyyətə gəldikdən sonra yüksək cinayətkarlıqla mübarizə planını açıqlayıb. Xüsusilə, fövqəladə vəziyyət tətbiq edilib və dəfələrlə uzadılıb ki, bu da vətəndaş hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.
2023-cü ilin noyabr ayına qədər, ümumilikdə 6,5 milyonluq ölkə əhalisinin təxminən hər yüz vətəndaşından biri həbs edilib.