Dünyada COVID-19-a yoluxma sayı 408 milyonu ötüb

Dünya

12.02.2022 - 12:20

Həkimlər Klinikalar SEO Xidməti

Yoluxma və ölüm sayına görə ABŞ liderdir

Fevralın 12-si səhər saatlarına olan məlumata görə, dünyada qeydə alınan koronavirusa yoluxma hallarının sayı 408 442 142-yə çatıb.

AYNA-nın “Report”a istinadən məlumatına görə, bunu ABŞ-ın Cons Hopkins Universitetinin məlumatlarından görmək olar.

Virusun yayılmağa başlamasından indiyədək 5,8 milyon insan koronavirusa yoluxduqdan sonra dünyasını dəyişib.

20 milyondan çox yoluxma olan ölkələr arasında yenə də ABŞ, Hindistan və Braziliya var.

COVID-19-a yoluxma və onun fəsadları nəticəsində qeydə alınan ölüm sayına görə ABŞ liderliyi qoruyub saxlayır: okeanın o tayında 77,6 milyon yoluxma qeydə alınıb, ölənlərin sayı isə 918,5 min nəfərə çatıb.

Bu baxımdan ikinci sırada müvafiq olaraq 42,5 milyon yoluxma və 507,9 min nəfərin ölümü ilə Hindistan qərarlaşıb.

27,3 milyon insanın yoluxduğu, onlardan 637,5 mininin öldüyü Braziliya isə siyahıda üçüncüdür.

Şənbə günü səhərə olan məlumata görə, dünya əhalisinin 1 milyon nəfərinə düşən ölüm əmsalı 746,8 təşkil edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş