2037-ci ilə qədər əhalinin sayı 9 milyarda çatacaq
Dünyada əhalinin sayı 8 milyard nəfərə çatıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə BMT-nin hesablamalarında qeyd edilib.
Məlumata görə, dünya əhalisi 12 ildə 1 milyard nəfər artıb. Proqnozlara görə, 2037-ci ilə qədər əhalinin sayı 9 milyarda çatacaq.
Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) öz növbəsində, qeyd edib ki, dünya əhalisinin 2080-ci illərdə 10,4 milyarda qədər artmaqda davam edəcəyinə baxmayaraq, ümumi artım tempi azalır.
Fond hesab edir ki, əhali artımı ilə əlaqədar beynəlxalq ictimaiyyət dünyanın üzləşdiyi problemləri azaltmaq və davamlı inkişaf məqsədlərinə nail olmaq üçün effektiv həll yolları axtarmalıdır.