Dünya birjalarında neftin qiyməti bahalaşır

Xəbərlər

15.07.2020 - 10:52

Azərbaycan neftinin qiyməti isə ucuzlaşıb

 

Dünya birjalarında neftin qiyməti bahalaşır. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,15 dollar artaraq 43,05 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,12 dollar bahalaşaraq 40,41 dollar təşkil edib.

 

Azərbaycan neftinin qiyməti isə ucuzlaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,16 dollar ucuzlaşaraq 44,36 dollar təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az