Dubaya məxsus helikopter dənizə düşüb

Dünya

08.09.2023 - 12:17

cedabet dərman SEO Xidməti

Misir və Cənubi Afrikadan olan pilotların olduğu “Aerogulf” helikopteri BƏƏ-də qəzaya uğrayıb

Dubayın “Aerogulf” aviadaşıyıcısına məxsus iki pilotun olduğu “Bell212” helikopteri dənizə düşüb. AYNA xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliyinin Mülki Aviasiya İdarəsindən bildirilib.

Qeyd edilib ki, qəza gecə təlim uçuşu zamanı baş verib. Təyyarədə Misir və Cənubi Afrikadan olan iki pilotun olduğu qeyd edilir.

Axtarış-xilasetmə qrupları helikopterin qalıqlarını çıxarıb, ekipajın axtarışları davam edir. Xüsusi qrup qəza yerinə gedib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş