Dövlət qulluğuna imtahanlar başlayır

Xəbərlər

21.07.2020 - 11:40

cedabet dərman SEO Xidməti

Qeydiyyat 1 avqust saat 18:00-dək aparılacaq

 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 3 avqust 2020-ci ildə inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

 

Mərkəzdən AYNA-ya verilən məlumata görə, bu imtahanda 15 mart 2020-ci ildə keçirilməsi nəzərdə tutulan, lakin pandemiyaya görə təxirə salınan test imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər də iştirak edəcəklər.

 

İmtahanda iştirak etmək istəyən digər namizədlər üçün qeydiyyat 1 avqust saat 18:00-dək aparılacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş