Müsahibədə iştirak üçün 5304 nəfər sənəd verib
Ümumilikdə 46 dövlət orqanında 379 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir. Bu barədə AYNA-ya DİM-dən məlumat verilib.
Bildirilib ki, oktyabrın 28-i saat 11:15-ə olan göstəricilərinə əsasən, müsahibədə 93 nəfər uğur qazanıb. Onlardan 55-i Təhsil Nazirliyində, 11-i Maliyyə Nazirliyində, 8-i Bakı şəhəri Yasamal Rayon Məhkəməsində, 7-si Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, 7-si Milli Arxiv İdarəsində, 3-ü Əqli Mülkiyyət Agentliyində, 1 nəfər Dövlət Turizm Agentliyində, 1 nəfər isə Hesablama Palatasında müxtəlif vəzifələrə uyğun bilinib.
Qeyd edək ki, müsahibədə iştirak üçün 5304 nəfər sənəd verib. Müsahibə 2021-ci il yanvarın 29-da başa çatacaq.