Müsahibədə iştirak etmək üçün 68 nəfərin müraciəti qeydə alınıb
On iki dövlət orqanında 30 vakant vəzifə üzrə noyabrın 1-dən başlanan daxili müsahibə davam edir.
Dövlət İmtahan Mərkəzindən (DİM) AYNA-ya bildirilib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilib.
Müsahibədə iştirak etmək üçün 68 nəfərin müraciəti qeydə alınıb. Bu gün saat 11:50-dək olan məlumata görə, müsahibədə 17 nəfər uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib. Daxili müsahibə noyabrın 29-dək davam edəcək.