Prezident İlham Əliyev sərəncam imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.
AYNA xəbər verir ki, Sərəncama əsasən, Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilib:
Əliyev Əli Məmməd oğlu
İsmayılov Nazim Sultan oğlu.