Dövlət başçısı İqtisadiyyat nazirinə tapşırıqlar verdi

Xəbərlər

31.03.2020 - 18:00

Həkimlər Klinikalar SEO Xidməti

Pandemiyadan zərər çəkmiş sahələrdə işləyən vətəndaşlara müvəqqəti olaraq dövlət tərəfindən əməkhaqlarının əhəmiyyətli hissəsi ödəniləcək

 

"Çox geniş iqtisadi paket artıq məruzə edildi və yaxın günlərdə bunun icrası nəzərdə tutulur. Eyni zamanda sosial paket işləyən vətəndaşların işlərinin itirilməməsi üçün sahibkarlara çağırış və nəyinki çağırış, sahibkarlara dəstək olunacaq. Biz başa düşürük ki, onlar əziyyət çəkirlər, onlar itkilərə məruz qalırlar və kim onlara dəstək verməlidir?! Əlbəttə ki, dövlət və hər zaman olduğu kimi dövlət və dövlət bunu edib".

 

AYNA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

 

"Ona görə həm xəstəliyə qarşı mübarizədə, həm iqtisadi fəallığın təmin edilməsi, eyni zamanda sosial məsələlərin həlli hər bir vətəndaşın problemlərinin dəf edilməsi və köməklik göstərmə cəhdlərimiz və niyyətimiz bizim siyasətimizi əks etdirir. Eyni zamanda Azərbaycan vətəndaşlarına, hesab edirəm ki, ən gözəl xidmət olacaq.

 

Hesab edirəm ki, bu genişmiqyaslı iqtisadi-sosial və sosial paket həm iqtisadi sahədə artan dinamikaya müsbət təsir göstərəcək. Eyni zamanda həssas təbəqəyə aid olan vətəndaşları bu böhrandan qoruyacaq. bildirib.

 

Bizim əsas məqsədimiz, ilk növbədə, vətəndaşların təhlükəsizliyidir, sağlamlığıdır və onların rifahıdır. Və, əlbəttə ki, pandemiya dövründə Azərbaycan digər məsuliyyətli ölkələr kimi, ilk növbədə, vətəndaşların sağlamlığını nəzərə alır. Bütün qalan məsələlər ikinci dərəcə məsələlərdir. O cümlədən iqtisadi inkişafla bağlı olan məsələlər. Halbuki biz bu məsələlərə də mütləq lazımi fikir verməliyik. Çünki insanların həm sağlamlığı, həm rifahı, ümumiyyətlə, Azərbaycanda sosial sahədə əsas məsələlərdən biridir. Və insanların sağlamlığına aid olan bütün məsələlər bu gün Azərbaycanda öz həllini tapır və əsas məqsəd, bir də demək istəyirəm ki, pandemiyanın miqyasını nəzarətdə saxlamaqdır. Buna biz, ilk növbədə, nail olmalıyıq. Və bir də demək istəyirəm ki, burada əsas faktor vətəndaşların məsuliyyətidir.

 

Müqayisə apardıqda görürük ki, Azərbaycanda vəziyyət daha yaxşıdır. Ölkə əhalisinin sayına görə virusa yoluxma və ölüm sayı çox aşağı səviyyədədir. Ancaq bu, əsas vermir ki, biz əldə edilmiş nəticələrlə kifayətlənək. Azərbaycanda bu sahədə işlər görülüb və görüləcək. Bu gündən etibarən gücləndirilmiş qaydalar əminəm ki, müsbət dinamikanı gücləndirəcək. Eyni zamanda çox geniş iqtisadi paket artıq məruzə edildi və yaxın günlərdə icrası nəzərdə tutulur.

 

Təqdim etdiyiniz təkliflər genişmiqyaslıdır və bu gün pandemiyadan zərər çəkmiş sahələrdə işləyən vətəndaşların maraqlarını nəzərə alır. Onlara müvəqqəti olaraq dövlət tərəfindən əməkhaqlarının əhəmiyyətli hissəsi ödəniləcək. Eyni zamanda sahibkarlar da əlbəttə bir də demək istəyirəm ki, işçilərin ixtisarına yol verməməlidir.

 

Vaxt gəlib çatıb ki, hələ də kölgədə fəaliyyət göstərən sahibkarlıq subyektləri artıq bu işlərə son qoysunlar. Biz səbrli olduq, biz vaxt verdik və hesab edirəm ki, bu vaxt çərçivələri kifayət qədər geniş idi. Bir çox sahibkarlar artıq kölgə iqtisadiyyatından çıxıb, ağ iqtisadiyyatda fəaliyyət göstərir, dövlətin vergisini ödəyir, qeyri-formal məşğulluğu artıq öz gündəliyindən çıxarıb. Ancaq elə sahibkarlar var ki, hələ də hesab edirlər ki, bunlar köhnə qayda ilə işləyəcəklər. Onlara mən birmənalı demək istəyirəm ki, bu keçməyəcək və heç kim onlara kömək etməyəcək. Əgər kimsə hansısa tanışlara, yaxud da qohumlara, vəzifədə olan dostlara arxalanırsa səhv yoldadır. Özləri də cəzalandırılacaqlar, onlara himəyadarlıq edən də cəzalandırılacaq. Heç kimə güzəşt yoxdur. Mən sizə bir daha tapşırıram və bütün Azərbaycan vətəndaşları mənim tapşırıqlarımı eşidir və görür ki, istisnasız olaraq bütün sahibkarlıq subyektləri kölgə iqtisadiyyatından çıxmalıdır. Beləliklə hesab edirəm ki, bizim bütövlükdə təmizləmə siyasətimiz öz gözəl nəticələrini verəcək. Azərbaycan iqtisadiyyatı öz dayanıqlı inkişafını davam etdirəcək. 

 

Eyni zamanda sosial təminat sahəsində əlavə tədbirlərin görülməsi də hesab edirəm ki, zəruridir. O cümlədən qeyd etdiyiniz sosial sahəyə aid olan məsələlər. Azərbaycan dövləti bir daha öz sosial siyasətini burada göstərməlidir və göstərir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və dəfələrlə biz bunu sübut etmişik.

 

Bank sektorunun sağlamlaşdırılması istiqamətində bütövlükdə ilin əvvəlindən addımlar atılır və bu məsələ ilə bağlı bir neçə müşavirə də keçirilmişdir. Hesab edirəm ki, pandemiya hətta əlaqəsi olmayan sahələrdə də islahatları dərinləşdirməlidir və bunu biz təmin edəcəyik. Bank sektorunun sağlamlaşdırılması və real iqtisadiyyatı maliyyələşdirilməsi istiqamətində əlavə tədbirlər görüləcək. Və kredit zəmanət təklifi də hesab edirəm ki, çox vaxtında verilmiş təklifdir. Biz bunu mütləq nəzərə alacağıq.

 

Çalışmalıyıq ki, daxili təlabatı maksimum dərəcədə yerli istehsalla təmin edək. Özümüzü təminetmə əmsalına gəlidkdə, bu sahədə daha dəqiq statistika aparılmalıdır. Mənə müxtəlif dövlət qurumlarından fərqli rəqəmlər təqdim edilib. Ona görə bunu da sizə tapşırıram ki, siz təhlil edin bütün dövlət qurumlarının rəqəmlərini və real vəziyyəti mənə məruzə edin ki, bizim özümüzü təminetmə əmsalı əsas istehlak malları üzrə nədən ibarətdir ki, biz daha dəqiq öz siyasətimizi proqnozlaşdıraq.

 

O cümlədən sahibkarlara dəstək fondu hesabına o sahələrə vəsait kredit ayıraq ki, o sahələr hələ ki, idxaldan asılıdır. Eyni zamanda bizim ixracımız və özümüzü təminetmə imkanlarımızı təhlil edərkən mütləq Azərbaycanda istehsal olunan mallara xarici kompanentinin faizini də nəzərə alınmalıdır. Çünki bəzi hallarda xarici xammal böyük paya gəlib çıxır. Ona görə də bu istiqamətlər üzrə İqtisadiyyat Nazirliyi fəal işləyir və bu işləri davam etdirir. Hesab edirəm ki, bütün bu işləri düzgün qura bilsək və mən buna şübhə etmirəm, bu çətin sınaqdan da şərəflə çıxa biləcəyik.

 

Koronavirusla bağlı indi ölkələr özlərini təcrid ediblər. Bu da təbiidir və biz indi görürük ki, hətta bir-birinə çox yaxın olan ölkələr, təşkilatlar - artıq hərə öz problemlərini həll edir və müxtəlif ölkələrdə bu məsələyə yanaşma da fərqlidir. Bizim yanaşmamız hesab edirəm ki, ən geniş və ən düzgün yanaşmadır. İlk növbədə qabaqlayıcı tədbirlərin görülməsinin nəticəsində xəstəliyin geniş yayılmaması üçün addımların atılması. Və bu gün hesab edirəm ki, dünya miqyasında, baxmayaraq ki, mən hesab edirəm ki, vətəndaşlar daha məsuliyyətli olmalıdır, amma müqayisə apardıqda görürük ki, Azərbaycanda vəziyyət daha yaxşıdır. Və bizdə yoluxma halları əhalinin sayına görə çox aşağı səviyyədədir, ölüm halları da həmçinin. Ancaq bu, yenə də əsas vermir ki, biz əldə edilmiş nəticələrlə kifayətlənək. Azərbaycanda bu sahədə lazımi işlər görülüb və görüləcək. Bu gündən etibarən qüvvəyə minmiş qaydalar əminəm ki, müsbət dinamikanı gücləndirəcək", - dövlət başçısı vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş