“Hadisələrin təzyiqi altında və ya qəsdən Yer kürəsinin yenidən iki yarımkürəyə bölünəcəyi ilə bağlı narahatlıqlar var”
Polşanın Baş naziri Donald Tusk ABŞ-ın siyasəti səbəbindən Qərbin parçalanmasını mümkün hesab edir. AYNA.AZ xəbər verir ki, bu barədə Tusk "Gazeta Wyborcza"ya verdiyi müsahibədə bildirib.
"Aydındır ki, hadisələrin təzyiqi altında və ya qəsdən Yer kürəsinin yenidən iki yarımkürəyə bölünəcəyi ilə bağlı narahatlıqlar var. Vaşinqtonun prioritetləri Cənubi Amerika, Kanada, Qrenlandiya - ABŞ Prezidenti Donald Tramp bunu tez-tez xatırladır - eləcə də Çinlə potensial münaqişə olacaq. Biz, yəni Avropa isə bununla özümüz məşğul olmalı olacağıq", - Tusk bildirib.
Bundan əlavə, Tusk Avropa birliyi üçün "ortaq, aydın şəkildə müəyyən edilmiş düşmən"in zəruri olduğunu etiraf edib.
"Bilirəm ki, bu, populyar olmayan bir yanaşmadır, amma fikrimi dəyişməyəcəyəm və bu qeyri-adi vəziyyətin mümkün qədər uzun müddət davam etməsini təmin etmək üçün hər şeyi edəcəyəm", - deyə o əlavə edib.