Baş nazir Əli Əsədov Qərar imzalayıb
“Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilib. AYNA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq Qərar imzalayıb.
Dəyişikliyə əsasən, siyahıya “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi üzrə” bölməsi əlavə edilib.