Dneprə raket zərbəsi endirilib

Dünya

04.06.2024 - 11:52

Həkimlər Klinikalar SEO Xidməti

Zərbə nəticəsində uşaqlar da daxil olmaqla azı 7 nəfər yaralanıb

Bu gün səhər tezdən Dneprdə Rusiyanın raket zərbəsi nəticəsində uşaqlar da daxil olmaqla ən azı 7 nəfər yaralanıb. Dağıntı var.

AYNA-nın Ukrayna mediasına istinadən məlumatına görə, regional hərbi administrasiyanın rəhbəri Sergey Lısak deyib ki, Rusiya hərbçiləri tərəfindən atılan iki raket vurulub, lakin dağıntılar bəzi mülki infrastruktura ziyan vurub və yanğına səbəb olub.

Lısakın sözlərinə görə, iki yaralı xəstəxanaya aparılıb. Partlayışlar və dağıntılar nəticəsində onlarla avtomobilə ziyan dəyib. Şəxsi və hündürmərtəbəli binalarda və xəstəxanada şüşələr sındırılıb.

Bu gün səhər tezdən yerli “Telegram” kanalları Dneprdə bir neçə partlayışın baş verdiyini bildiriblər. Ukrayna Hərbi Hava Qüvvələri ballistik raket zərbəsi təhlükəsi barədə xəbərdarlıq edib.

Daha sonra Ukrayna Silahlı Qüvvələri Rusiya hərbçilərinin ilhaq edilmiş Krım ərazisindən buraxılan iki “İskəndər-K” raketi ilə Dnepropetrovsk vilayətinə hücum etdiyini açıqlayıb. Ukrayna ordusunun məlumatına görə, hər iki raket zərərsizləşdirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş