Diyarbəkirdə ağır yol qəzasında 7 nəfər yaralanıb

Dünya

10.04.2024 - 01:19

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb

Türkiyənin Diyarbəkir şəhərinin Sur rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində yeddi nəfər yaralanıb.

AYNA xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Telekanalın yaydığı şəklə əsasən, hadisədə “Peugeot” və “Dacia” avtomobilləri toqquşub.

Bildirilib ki, yaralılar təcili tibbi yardım briqadalarının ilkin müdaxiləsinin ardından şəhərdəki xəstəxanalara aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş