“Diriliş Ərtoğrul” və “Qurdlar Vadisi” seriallarının yayımı qadağan edilib

Dünya

10.02.2020 - 13:53

Həkimlər Klinikalar SEO Xidməti

“Ərdoğan bu seriallar vasitəsilə ərəb ölkələrində nəzarəti yenidən bərpa etməyə çalışır”

 

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı və Misirdə Türkiyə istehsalı olan daha iki serialın yayımı qadağan edilib. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərar Misirdə ölkənin rəsmi və ən böyük fətva orqanı olan Yüksək Fətva Şurası (Darül-İfta) tərəfindən verilib.

 

Şuranın açıqlamasında “Diriliş Ərtoğrul” və “Qurdlar Vadisi” seriallarının Yaxın Şərq ölkələrində yayımlanmaması qeyd olunub və Türkiyənin bu seriallar vasitəsilə Yaxın Şərqdə nüfuz qazanmaq istədiyi vurğulanıb.

 

Misir Yüksək Fətva Şurasının bəyanatında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da açıq şəkildə hədəfə alınıb. Prezident Ərdoğanın Yaxın Şərqdə Osmanlı dövlətinin hegemonluğunu yenidən dirçəltmək istədiyi iddia edilib: “Ərdoğan bu seriallar vasitəsilə ərəb ölkələrində nəzarəti yenidən bərpa etməyə çalışır”.

 

Qeyd edək ki, “ərəb baharı” iniqlabından sonra Əbdulfəttah əs-Sisinin hərbi çevrilişlə hakimiyyətə gəlməsindən sonra Misir İsrail, Yunanıstan və Cənubi Kipr Respublikası ilə müttəfiqlik siyasəti yürütməyə başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş