Direktorların işə qəbulu üzrə müsahibə mərhələsinə start verilir

Cəmiyyət

27.07.2022 - 23:34

Həkimlər Klinikalar SEO Xidməti

Müsahibə xüsusi komissiya tərəfindən aparılacaq

Şagird sayı 500-dək olan ümümi təhsil müəssisələrinə Direktorların işə Qəbulu Müsabiqəsinin test imtahanı mərhələsində uğur qazanmış və birbaşa müsahibə mərhələsinə dəvət olunan namizədlərin müsahibə mərhələsinə 28 iyul 2022-ci il saat 09:00-dan başlayaraq start veriləcək.

 

AYNA-nın məlumatına görə, müsahibəyə dəvət olunan namizədlərə müsahibənin tarixi və başlanma saatı barədə məlumat 27 iyul 2022-ci il tarixindən başlayaraq mərhələli şəkildə SMS vasitəsilə mobil nömrələrinə göndərilir.

Müsahibə xüsusi komissiya tərəfindən aparılacaq.

Qeyd edək ki, müsabiqənin test mərhələsində uğur qazanmayan namizədlərin topladığı bal haqqında məlumat da SMS vasitəsilə mobil nömrələrinə göndəriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş