Diplomatlar Gəncə və Mingəçevirə gedəcəklər

Xəbərlər

12.10.2020 - 10:47

cedabet dərman SEO Xidməti

Diplomatik korpusların və beynəlxalq təşkilatların nümayəndələri ermənilərin cinayətləri ilə tanış olacaqlar

 

Azərbaycan Xarici İşlər Nazirliyi ilə diplomatik korpusların, səfirlərin, nümayəndə heyətlərinin rəhbərləri, hərbi attaşelər, beynəlxalq təşkilat rəhbərləri Gəncəyə və Mingəçevirə gedəcəklər.

 

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsində yazıb.

 

“Onlar Ermənistanın günahsız mülki insanlara və vacib enerji infrastrukturuna raket hücumları törədilən cinayət səhnələri ilə tanış olacaqlar. “Gəncə üçün susma!””, - deyə Hacıyev qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş