Dini Komitənin sədri vəzifəsi Səyyad Arana həvalə edilib

Xəbərlər

16.02.2024 - 16:18

Prezident İlham Əliyev Sərəncam imzalayıb

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Adil oğlu Salahlıya həvalə edilib.

AYNA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, indiyədək Komitənin sədri Mübariz Qurbanlı idi. O, yeni hökumətin tərkibində yer almayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş