DİN məzunlara və valideynlərə müraciət edib

Xəbərlər

14.06.2021 - 13:26

“Özünüzü kiçik səhvlərə qurban verməyin!”

 

Daxili İşlər Nazirliyi (DİN) məktəb məzunlarına və valideynlərə müraciət edib.

 

AYNA xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən daxil olan müraciətdə deyilir:

 

“Hörmətli valideynlər!

 

Avtomobilinizi sürücülük hüququ olmayan yeniyetmələrə verməyin! Belə hallar aşkar olunduqda siz məsuliyyətə cəlb ediləcəksiniz.

 

Hörmətli məzunlar!

 

Özünüzü kiçik səhvlərə qurban verməyin! Valideynləriniz və cəmiyyətimiz sizdən böyük uğurlar gözləyir”.

Müəllif: Ayna.az