DİN-dən sosial şəbəkələrdə yayılan video ilə bağlı <font color=red> AÇIQLAMA</font>

Xəbərlər

22.12.2020 - 00:29

DİN: Gəncədə sürücünün cərimələnməsi görüntüləri araşdırılıb

 

Sosial şəbəkələrdə Gəncə şəhərinin çıxışındakı stasionar polis postunda sürücünün əsassız cərimələnməsi ilə bağlı yayılan görüntülər Gəncə şəhər Baş Polis İdarəsində araşdırılıb.

 

DİN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, dekabr ayının 17-də Emin Əliyev özünəməxsus “Kamaz” markalı yük avtomobili ilə müvafiq icazəsi olmadan hərəkət etdiyi üçün stasionar polis postunda saxlanılıb.

 

Polisin qanunu tələblərinə əməl etməyən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozan şəxs barəsində qanunvericiliyə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 200 manat miqdarında cərimə olunub.

 

Qurumdan bildirilib ki, vətəndaşın tibbi maska ilə bağlı səsləndirdiyi fikirlər və digər iddialar əsassızdır, həqiqəti əks etdirmir.

Müəllif: Ayna.az