Bu gün saat 20.00-dan başlayaraq sutkalıq fəaliyyət göstərən “qaynar xətt” telefon xidməti yaradılıb
Azərbaycan Respublikasında xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) səlahiyyətlərinə aid məsələlərlə bağlı sualların cavablandırılması və problemlərin həllində köməklik məqsədilə bu gün saat 20.00-dan başlayaraq sutkalıq fəaliyyət göstərən “qaynar xətt” telefon xidməti yaradılıb.
AYNA-ya bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qeyd edilən məsələlərlə əlaqədar (012) 590 80 20 telefon nömrəsinə zəng etmək mümkündür.