Nazirlik müraciətlə əlaqədar videoçarx da hazırlayıb
Daxili İşlər Nazirliyi partlayıcı maddələrdən təmizlənənə qədər vətəndaşlarımızın azad olunan ərazilərə getməməsi üçün növbəti dəfə müraciət edib.
Nazirlikdən AYNA-ya verilən məlumata görə, müraciətdə DİN bir daha əhaliyə xəbərdarlıq edərək təhlükənin mövcudluğunu nəzərə alıb müvafiq icazə olmadan, işğaldan azad olunmuş ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edib.
Bundan əlavə, nazirlik müraciətlə əlaqədar videoçarx da hazırlayıb. Həmin çarxı təqdim edirik: