DİN 4 nəfərin öldüyü yol qəzası barədə məlumat yayıb

Xəbərlər

19.08.2021 - 17:24

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır

 

Daxili İşlər Nazirliyi (DİN) ötən gün Gornaboy rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

 

DİN-in Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, avqustun 18-də saat 18 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində Yevlax rayon sakini E.Əsgərov idarə etdiyi “Ford Transit” markalı avtomobil aşıb.

 

Qəza nəticəsində avtomobildə olan sərnişinlərdən 4 nəfəri aldığı xəsarətlərdən hadisə yerində ölüb, bir sərnişin isə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az