DİN: 33 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb

Xəbərlər

17.08.2021 - 09:38

Həkimlər Klinikalar SEO Xidməti

Toylarda karantin rejimi qaydaları pozulub

 

Avqustun 16-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 17 toy şənliyinin monitorinqini həyata keçirib.

 

DİN-dən AYNA-ya verilən məlumata görə, monitorinq 13 şadlıq sarayında, 4 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.


Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

 

- 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

 

- 33 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş