DİM həftəsonu əlavə imtahanlar keçirəcək

Xəbərlər

04.09.2024 - 18:49

cedabet dərman SEO Xidməti

Dövlət İmtahan Mərkəzi əlavə imtahanla bağlı məlumat yayıb

Dövlət İmtahan Mərkəzi (DİM) 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 8-də əlavə imtahan keçirəcək.

Bu barədə AYNA-ya DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Bundan əlavə, həmin gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər. İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş