DİM hakim olmaq istəyən namizədlərə müraciət edib

Xəbərlər

15.02.2021 - 17:29

Həkimlər Klinikalar SEO Xidməti

Test imtahanı martın 3-də kompüter vasitəsilə elektron qaydada keçiriləcək

 

Dövlət İmtahan Mərkəzi (DİM) martın 3-də keçiriləcək test imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlərə müraciət edib.

 

DİM-dən AYNA-ya verilən məlumata görə, hakim vəzifəsinə qəbul olmaq üçün Hakimlərin Seçki Komitəsi tərəfindən qeydiyyata alınmış namizədlər fevralın 15-dən martın 1-dək aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak haqqını ödəyə və “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər 

 

Test imtahanı 2021-ci il martın 3-də kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında 2 növbədə keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş