DİM: 9 və 11-ci sinif şagirdləri arasında oxuyub-yazmağı bacarmayanlar var

Cəmiyyət

23.06.2021 - 16:57

Həkimlər Klinikalar SEO Xidməti

Dövlət İmtahan Mərkəzi məlumat yayıb

 

Ötən tədris ilində keçirilən buraxılış imtahanlarında həmin ilin 195 870 məzunu iştirak edib.

 

Dövlət İmtahan Mərkəzindən AYNA verilən məlumata görə, onların 116 827-si (10 nəfər yalnız Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak edib) 9-cu, 79043-ü (20 nəfər yalnız Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak edib) isə 11-ci sinif şagirdləri olub.

 

"2020-ci ildə respublika üzrə 9-cu və 11-ci sinif şagirdlərinin ümumi sayı, müvafiq olaraq, 119 000 və 79 842 nəfər idi. Buraxılış imtahanlarında bu və ya digər səbəblərdən 2972 nəfər (9-cu və 11-ci siniflər üzrə, müvafiq olaraq, 2173 və 799 nəfər) iştirak etməyib.

 

Bundan başqa, 9-cu və 11-ci siniflərin şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta oxuyub-yazmaqda çətinlik çəkənlər və ya ümumiyyətlə, oxuyub-yazmağı bacarmayanlar da aşkar olunub. Belələri 11-ci sinif şagirdləri arasında 2 nəfər, 9-cu sinif şagirdləri arasında isə 34 nəfərdir. Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən faktların, əslində, daha çox olduğunu ehtimal etmək olar.

 

9-cu siniflər üzrə oxumağı və yazmağı bacarmayan şagirdlərin sayı belədir: Bərdə rayonunda 4 nəfər, Bakı şəhərində 3 nəfər, Goranboy rayonunda 3 nəfər, Gədəbəy, Göygöl, Lənkəran, Lerik, Sabirabad, Şəki və Yardımlı rayonlarının hərəsində 2 nəfər, Ağdaş, Ağsu, Astara, İsmayıllı, Kəlbəcər, Masallı, Oğuz, Qazax, Salyan və Şəmkir rayonlarının hərəsində 1 nəfər. 11-ci siniflər üzrə belə hallara yalnız Gəncə şəhərində və Kəlbəcər rayonunda (hərəsində 1 nəfər) rast gəlinib", - mərkəzdən bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş