Deputatlar tətilə çıxıblar

Xəbərlər

30.12.2023 - 16:14

Milli Məclis payız sessiyası başa çatıb

Dekabrın 30-da Milli Məclisin 2023-cü il üçün payız sessiyasında sonuncu iclası keçirilib. AYNA xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarovanın payız sessiyasını bağlı elan etməsindən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlament yanvar ayının 1-dən 15-dək tətildə olacaq.

Qeyd edək ki, Milli Məclisin 2024-cü il üzrə yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş