Mərasimdə Milli Məclisin rəhbərliyi də iştirak edib
Bu gün Milli Məclisin bir qrup deputatı II Fəxri Xiyabanda Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi hərbi təxribatın qarşısını alarkən şəhid olmuş general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin məzarlarını ziyarət edib.
AYNA xəbər verir ki, Milli Məclisin sədr müavini Fəzail İbrahimli, deputatlar - Soltan Məmmədov, Elnur Allahverdiyev, Razi Nurullayev, Müşfiq İskəndərov, Rüfət Quliyev, Məşhur Məmmədov şəhid hərbçilərimizin məzarı önünə əklil qoyublar.