Dənizdə itkin düşən balıqçıların axtarışları davam edir

Xəbərlər

14.01.2025 - 12:59

Həkimlər Klinikalar SEO Xidməti

Axtarışlar Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir

Yanvarın 13-də Lənkəran şəhəri şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində 2 nəfər balıqçının itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında axtarışlar davam etdirilir. AYNA xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.

Hazırda itkin düşdüyü ehtimal edilən vətəndaşlar - 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlunun axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir. Əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş