Batan şəxs xilas edilib
Avqustun 8-də Fövqəladə Hallar Nazirliyinin (FHN) “Xaçmaz” sularda xilasetmə məntəqəsi ərazisində çimərkən 1 nəfər batma təhlükəsi ilə üzləşib.
FHN-nin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həmin şəxs xilas olunub.