Nahid Əhmədovun axtarışları başa çatıb
Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi yaxınlığında, dənizdə (“Tağıyev” sularda xilasetmə məntəqəsindən təxminən 4 km aralı, nəzarətsiz ərazi) batan 2007-ci il təvəllüdlü Əhmədov Nahid Namiq oğlunun axtarışları başa çatıb.
AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, N.Əhmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.